How to do visual (formal) analysis in art history — Transcript

Covanni Bellininin “Madonna çəmənlikdə” əsərinin vizual (formal) analizi, kompozisiya, rəng, işıq və tekstura mövzularında izah edilir.

Key Takeaways

  • Vizual analiz əsasında əsərin formal elementləri – miqyas, kompozisiya, forma, rəng və işıq – ön plandadır.
  • Piramida kompozisiyası və fiqurların qarşılıqlı əlaqəsi əsərin stabilliyini təmin edir.
  • Atmosfer və xətti perspektiv məkanın dərinliyini və üçölçülülüyünü yaradır.
  • Ton və işıq-kölgə keçidləri üçölçülü təsvirin əsasını təşkil edir.
  • Tekstura və naxışlar həm dekorativ, həm də vizual dərinlik yaradır, lakin əsərin ikiölçülü səth olduğunu xatırladır.

Summary

  • Videoda Covanni Bellininin London Milli Qalereyasında nümayiş olunan “Madonna çəmənlikdə” əsəri müzakirə edilir.
  • Əsərin ikonoqrafiyası və sosial-siyasi kontekstdən çox, vizual analiz aspektlərinə diqqət yetirilir.
  • Miqyas, kompozisiya, forma, xətt, rəng, işıq, ton, tekstura və naxış kimi elementlər ətraflı izah olunur.
  • Qadın və uşaq fiqurlarının piramida formasında yerləşməsi və kompozisiyada bir-birinə uyğunluğu vurğulanır.
  • Atmosfer və xətti perspektiv vasitəsilə məkan illüziyası yaradılması müzakirə edilir.
  • Formaların müxtəlifliyi, kontur xətlərin rolu və rəssamın fırça toxunuşları təsvir olunur.
  • Rəng palitrası və rənglərin bir-biri ilə əlaqəsi, işıq və kölgənin təsviri izah edilir.
  • Tonların işıqdan qaranlığa keçidi və üçölçülü forma yaratmadakı rolu qeyd olunur.
  • Tekstura və naxışların dekorativ və vizual funksiyaları açıqlanır.
  • Rəsmin ikiölçülü səth olduğunu xatırladan naxışların və illüziyanın ziddiyyəti vurğulanır.

Full Transcript — Download SRT & Markdown

00:05
Speaker A
Biz bu videoda London Milli Qalereyasında nümayiş etdirilən Covanni Bellininin “Madonna çəmənlikdə” əsəri haqqında danışacağıq.
00:11
Speaker A
Bu əsər Venesiya İntibah dövrünə aid olan rəsm əsəridir. Ancaq qeyd edim ki, bu videoda biz daha çox vizual analiz vasitələrinə yer ayıracağıq.
00:20
Speaker A
Yəni biz ikonoqrafiyadan, rəsmdə yer alan Madonna və uşaq təsvirlərinin tarixindən, arxa planda görünən bəzi heyvanların ifadə etdiyi simvolizmdən, sifarişçinin və ya himayəçinin kim olmasından və eyni zamanda rəsmin ifadə etdiyi siyasi, sosial və ya iqtisadi kontekstdən danışmayacağıq.
00:43
Speaker A
Bunun əvəzinə biz əsərin miqyası, kompozisiyası, rəsmin sahəsi, forması, xətti və eyni zamanda rəng, işıq, ton, tekstura və naxış kimi məsələlər barəsində danışacağıq.
00:56
Speaker A
Gəlin əvvəlcə rəsm və rəsmdə yer alan fiqurların miqyasından bəhs edək. Bildiyiniz kimi, qalereyada müxtəlif ölçülü rəsmlərlə qarşılaşmaq mümkündür.
01:10
Speaker A
Haqqında danışdığımız rəsm əsəri isə orta ölçülü bir əsərdir, ancaq onu da qeyd edim ki, rəsmin böyüklüyü və ya kiçikliyi ona baxdığımız məsafədən asılıdır.
01:21
Speaker A
Məsələn, çox kiçik bir rəsmə baxmaq istədiyimiz zaman ona daha çox yaxınlaşmağa çalışırıq. Beləliklə, bu əsərdə yer alan qadın obrazının normal ölçülərdən daha kiçik olduğunu görürük.
01:30
Speaker A
Ancaq bununla yanaşı o, kompozisiya baxımından əsərin üçdə bir hissəsini əhatə edir və eyni zamanda onun geyindiyi paltar da rəsmin alt hissəsi boyunca uzanır.
01:43
Speaker A
Biz burada geniş bir piramidanın formalaşmasına şahid oluruq və bu piramida çox sabit bir şəkildə təsvir edilir.
01:50
Speaker A
Həmçinin onun qucağında təsvir edilən uşağın bədəninin də piramida formasında olduğunu görmək mümkündür. Bu isə qadın fiquru ilə uşaq arasında yaxınlığın olduğunu göstərir.
02:01
Speaker A
Rəssam ana obrazı üfüq xəttinin üzərində dayanması və eyni zamanda əsas mövzu olaraq qalması üçün ön plana çox yaxın bir şəkildə təsvir etmişdir.
02:10
Speaker A
Ancaq bu obrazı əhatə edən və müəyyən mənada çərçivəyə salan əhəmiyyətli bir mənzərəyə də burada yer verilmişdir.
02:15
Speaker A
Bellini piramida formasında olan bu ön planı, səmaya geri dönən üfüqi zolaqlar sırasının qarşısında yaratmışdır.
02:23
Speaker A
Yaşıl hissənin önündə təsvir edilən zolağı, onun arxasında çınqıl daşlarını, daha sonra əkin sahəsini və hətta buludların belə səmada üfüqi zolaqlar yaratdığını görmək mümkündür.
02:33
Speaker A
Əsərdə yer alan qadın obrazının, bir tərəfdən ağaclarla, digər tərəfdən isə memarlığın şaquli formaları ilə çərçivələndiyini müşahidə edirik.
02:39
Speaker A
Kompozisiya ilə bağlı müzakirə edəcəyimiz digər bir məsələ, rəssamın fiqurların bədənlərini necə tərtib etməsi ilə əlaqəli olacaq.
02:45
Speaker A
Əsərdə diqqət çəkən başqa bir nüans da uşaq fiqurunun baş hissəsi ilə Bakirə Məryəmin baş hissəsinin bir-birinə uyğun əyilməsidir.
02:52
Speaker A
Biz burada barmaq uclarını bir-birinə toxunduran Bakirə Məryəmi görməklə yanaşı, hər iki fiqurun baş hissələrinin eyni həcmə malik olmasını da müşahidə edirik.
03:04
Speaker A
Sağ çiynini əhatə edən diaqonal xəttin, qolunun və uşağın bədəninin diaqonal xəttinə necə uyğunluq təşkil etməsi olduqca maraqlı bir hissədir.
03:13
Speaker A
Bu formaların əks-sədası kompozisiyanı birləşdirməyə kömək edir. İndi isə gəlin rəsmin sahəsi ətrafında dövr edək.
03:21
Speaker A
Rəssam bu əsərdə düz səth üzərində üçölçülü forma və məkan illüziyası yaratmağa çalışmışdır. Biz burada qadın obrazının qucağında uşaqla yerdə oturduğunu müşahidə edirik və eyni zamanda əsərdə yer alan təsvirlərin bir-birinin qarşısında yerləşməsi hissini də almaq mümkündür.
03:42
Speaker A
Ancaq rəsmin sahəsi atmosfer və xətti perspektiv kimi ifadə edilən faktorlarla müəyyən edilir. Əsərin ən üst hissəsində təsvir edilən səmaya nəzər yetirdiyimiz zaman, onun dərin və zəngin mavi rənglərlə ifadə edildiyini görürük.
03:54
Speaker A
Ancaq eyni zamanda səmanın geriyə, üfüqə doğru hərəkət etdikcə solğunlaşdığını da müşahidə edirik. Məsələn, uzaqda təsvir edilən dağlara baxdığımız zaman bunu hiss etmək mümkündür.
04:02
Speaker A
Bu, uzaq məsafəyə və atmosferə baxmaq kimi prosesləri təkrarlamaq üçün nəzərdə tutulmuş bir üsuldur. Belə ki, bu hissədə detallar daha az parlaq olur, rəng solğunlaşır, təsvir edilən cisimlər isə daha mavi rəng alır.
04:14
Speaker A
Məsələn, diqqətimizi fəzaya doğru çəkən və diaqonal xətlərin yer aldığı şumlanmış sahəyə baxdığımız zaman burada biz az da olsa xətti perspektivin olduğunu müşahidə edirik.
04:25
Speaker A
Bu xətlər ortoqonal kimi ifadə edilir. Onlar rəsm kontekstində ön planda təsvir edilən Məryəm və uşaq obrazları səbəbilə görünməyən nöqtədə birləşirlər.
04:34
Speaker A
Ancaq buna baxmayaraq, burada məntiqi bir forma meydana gəlir və izləyici səthin müəyyən bir nöqtəsində, gördüyümüz təsvirə uyğun bir mövqedə yer alır.
04:42
Speaker A
İndi isə gəlin rəsmin forma hissəsinə keçək. Ümumiyyətlə, biz forma haqqında danışdığımız zaman, dolğun cisimlərin təmsili haqqında düşünürük və onu da qeyd edim ki, rəssamın təmsil etdiyi forma növlərinin müxtəlifliyi ilə əlaqəli müzakirə maarifləndirici bir hissədir.
04:54
Speaker A
Biz əsərdə ağaclar, otlar, tarlalar, dağlar və buludlar kimi təbii formaların yer aldığını görürük. Burada ön planda Madonna və uşaq formaları ilə yanaşı arxa planda memarlıq nümunələri də təsvir edilmişdir.
05:09
Speaker A
Məryəm və uşaq formaları da daxil olmaqla, bulud kimi digər formalar da dairəvi və əyri xətli bir şəkildə təsvir edilmişdir.
05:16
Speaker A
Ancaq onu da qeyd edim ki, bəzi formalar arxa planda yer alan memarlıq nümunəsi kimi düzxətli formadadır.
05:20
Speaker A
Bəziləri isə ön planda olan fiqurlar kimi dolğun bir şəkildə ifadə edilmişdir. Bununla yanaşı bəzi formaların, məsələn, ağac yarpaqlarının daha incə bir şəkildə təsvir edildiyini də müşahidə edirik.
05:29
Speaker A
Onu da qeyd edim ki, bu formalar rəssamın fırçasına əsaslanan rəng toxunuşu ilə meydana gəlir.
05:34
Speaker A
Forma çox vaxt xətt ilə müəyyən edilir və onları bir-birindən fərqləndirmək üçün kontur xətlərdən istifadə edilir.
05:42
Speaker A
Məsələn, Məryəmin paltarını üzərində oturduğu ot hissədən ayırmaqda bu xətlər bizə kömək edə bilər. Əsərdə öz xətləri olan fiqurlar da görmək mümkündür, məsələn, buna ağacların budaqlarını misal göstərə bilərik.
05:53
Speaker A
Eyni zamanda bəzən kvadrat qüllənin kənarını formalaşdıran xətləri də görmək mümkündür. İndi isə gəlin rəng haqqında danışaq.
06:04
Speaker A
Rəsmdə qadın obrazının dolğun mavi rəngli örtüyü diqqət çəkməkdədir və eyni zamanda bu rəng səma rəngi ilə də əlaqələndirilir.
06:10
Speaker A
Fiqurun ətrafında və arxasında yer alan ərazilərdə gördüyümüz qəhvəyi və yaşıl rənglər ziddiyyət təşkil edir.
06:18
Speaker A
Onu da qeyd edim ki, burada üç əsas rəng qrupu yer almaqdadır. Bununla yanaşı qadın obrazının örtüyünün, səmanın və dağların parlaq mavisi ilə oxşarlığını, alt hissədə yerləşən paltarının isə qırmızı olduğunu görürük.
06:27
Speaker A
Eyni zamanda ərazinin və arxa hissədə yer alan memarlıq nümunəsinin sarı rəngdə təsvir edildiyini müşahidə edirik.
06:31
Speaker A
Nəticə etibarı ilə az əvvəldə qeyd etdiyim kimi, əsərdə üç əsas rəng yer almaqdadır. Başına taxdığı şalın və buludların təsvirində isə ağ rəngdən istifadə edilmişdir.
06:38
Speaker A
Yəni burada bir növ Məryəmin səma ilə olan bağlılığı ifadə edilməkdədir. Rəng müəyyən mənada işığın funksiyasıdır və burada rəssam aydın bir günü təsvir etməyə çalışmışdır.
06:48
Speaker A
Günəşdən gələn işığın fiqurlardan bir az irəli düşdüyünü, buludların isə eynilə Məryəmin sağ qolunda olduğu kimi yuxarı hissədən işıqlandırıldığını, aşağı hissədə isə kölgənin meydana gəldiyini görmək mümkündür.
07:05
Speaker A
Biz əsərdə rəssamın işıq və kölgədən ardıcıl istifadə etməyə çalışdığını müşahidə edirik. Belə ki, kölgənin hər zaman işığın mənbəyinə uyğun olması diqqətdən yayınmır.
07:14
Speaker A
Məsələn, Bakirə Məryəmin üzünə baxdığımız zaman, yanağının sağ tərəfinin işıqlı, sol tərəfinin isə kölgəli olduğunu müşahidə edirik.
07:22
Speaker A
Eyni zamanda burada sənət tarixçilərinin çox vaxt işıq və kölgə sənəti kimi ifadə etdikləri tonların işıqdan qaranlığa köçürülməsi prosesini də görmək mümkündür.
07:28
Speaker A
Bu isə üçölçülü səthdə forma yaratmağa kömək edir. Bununla yanaşı işıq və rəng tonla da sıx bağlıdır və ton bir rəngdə mövcud olan işıq və qaranlığın miqdarını ifadə etməkdədir.
07:43
Speaker A
Rəsmin bir çox yerlərində, məsələn, Məryəmin paltarı ilə yanaşı ən incə bədən təsvirində də bunu görmək mümkündür.
07:52
Speaker A
Məryəmin üzünün gözəl bir formada ifadəsi və hamar fırça işi rəsmdə yer alan müxtəlif teksturalardan xəbər verir.
08:01
Speaker A
Rəssamın orta hissədə yer alan çınqıl daşları ilə təsvir edilmiş səth ilə bədən və ya fiqurların paltarlarının hamar toxumaları arasında yara
08:12
Speaker A
Eyni zamanda biz ağacların yarpaqlarına nəzər yetirdiyimiz zaman burada da başqa bir teksturanın olduğunu müşahidə edirik.
08:17
Speaker A
Tekstura rəssamların müxtəlif forma növlərini müəyyən edərək doğruluq hissi yaratmaq məqsədi ilə istifadə etdikləri bir vasitədir.
08:23
Speaker A
Tekstura eyni zamanda rəssamın istifadə etdiyi materiallarla sıx bir şəkildə əlaqəlidir. Məsələn, burada biz müxtəlif teksturaların təsvirinə uyğun olan yağlı bir boya nümunəsini görürük.
08:33
Speaker A
İndi isə gəlin əsərdə yer alan naxışlar haqqında danışaq. Bəzən təbii formalarla dolu olan mənzərədə naxış görməyə bilərik, bunun səbəbi isə naxış formasının təkrarlanması ilə əlaqəlidir.
08:45
Speaker A
Qeyd edim ki, bu formadan çox vaxt dekorativ sahə yaratmaq üçün istifadə edilir. Burada biz Məryəmin mavi rəngli paltarında bir neçə qızıl naxış görürük.
08:54
Speaker A
Bununla yanaşı diqqətlə baxdığımız zaman, xüsusilə də ön planda, yarpaqların üzərində də incə naxışların olduğunu görmək mümkündür.
09:00
Speaker A
Biz burada daha çox xalçaya və ya dekorativ sahəyə bənzəyən yarpaq və ot formalarının təkrarını müşahidə edirik.
09:10
Speaker A
Naxış təsvirləri çox vaxt rəsmin sahəsi ilə, rəssamın yaratdığı illüziya dərinliyi arasında ziddiyyət təşkil edir və nəticə etibarı ilə bunun əslində iki ölçülü bir səth olduğunu bir daha xatırlayırıq.
09:25
Speaker A
Beləliklə, biz əsərin, miqyası, kompozisiyası, rəsmin sahəsi, forması, xətti və eyni zamanda rəng, işıq, ton, tekstura və naxış kimi məsələlər barəsində danışaraq ona daha yaxından nəzər yetirmək imkanı əldə edirik.
09:36
Speaker A
Ancaq onu da qeyd edim ki, bunlar sənət tarixçilərinin əsərləri müzakirə etmək və araşdırmaq üçün istifadə etdikləri üsullardan yalnız bir neçəsidir.
Topics:Covanni BelliniMadonna çəmənlikdəvizual analizformal analizrəng və işıqkompozisiyaxətti perspektivteksturanaxışVenesiya İntibahı

Frequently Asked Questions

Bu videoda hansı əsər analiz edilir?

Videoda Covanni Bellininin London Milli Qalereyasında nümayiş olunan “Madonna çəmənlikdə” əsəri haqqında vizual analiz aparılır.

Videoda əsərin hansı aspektlərinə diqqət yetirilir?

Əsərin ikonoqrafiyası və sosial kontekstdən çox, miqyas, kompozisiya, forma, xətt, rəng, işıq, ton, tekstura və naxış kimi formal elementlərə diqqət yetirilir.

Rəng və işıq əsərin analizində necə təsvir olunur?

Rənglər bir-biri ilə əlaqələndirilir, işıq və kölgə tonların keçidini yaradır və bu, üçölçülü forma yaratmağa kömək edir.

Get More with the Söz AI App

Transcribe recordings, audio files, and YouTube videos — with AI summaries, speaker detection, and unlimited transcriptions.

Or transcribe another YouTube video here →