Naxçıvanın mineral və müalicəvi suları 30.07.2019

Full Transcript — Download SRT & Markdown

00:56
Speaker A
Özünə məxsus təbiəti, faunası və florası ilə əsrarəngiz gözəlliyə, heyrətedici füsunkarlığa malik olan Naxçıvanımız bənzərsiz bir təbiət muzeyidir.
01:48
Speaker A
Burda torpaqdan boy verən hər bir bitki min bir dərdə dərmandır.
02:01
Speaker A
Dağlarımızın, dərələrimizin yetirib bitirdiyi saysız-hesabsız nemətlərin hər biri unudulmaz damaq dadıdır.
02:22
Speaker A
Dağların uca zirvəsindən daşların bağrını yara-yara süzülən, torpağın altından qaynayıb çağlayan buz bulaqlarımız, su mənbələrimiz isə süfrələrimizin yaraşığı, şəfa ocaqlarımız kimi, həm də bu qədim diyarımızın təbii və mineral sular muzeyidir.
03:24
Speaker B
Çox sevindirici haldır ki, ana təbiət mineral və termal suların çox böyük bir dəstini səxavətlə bizim diyara bəxş etmişdir. Naxçıvan Muxtar Respublikasında 250-dən artıq mineral su yatağı mövcuddur.
03:53
Speaker B
Bu Azərbaycan Respublikasında olan mineral suların, demək olar ki, 60 faizini təşkil edir.
03:59
Speaker A
Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası ölkəmizin mineral və müalicəvi suları ilə daha çox zəngin olan bir diyarıdır.
04:11
Speaker A
Badamlı, Sirab, Vayxır, Darıdağ, Nəhəcir və adını çəkmədiyimiz onlarla su mənbələrimiz doğma yurdumuzun adını dünyaya tanıtdırır.
05:11
Speaker B
Muxtar Respublikada çox məşhur sulardan sularımızdan Badamlı, Sirab, Vayxır mineral sularıdır ki, bunlar da Gürcüstanın Narzan tipli sularının analoqudur, amma bəzi xüsusiyyətlərinə və mikroelement tərkibinə görə deyərdim ki, o sulardan daha müsbət təsir göstərirlər.
05:37
Speaker A
Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, Naxçıvanda mövcud olan mineral və müalicəvi suların əksəriyyəti Şahbuz, Culfa, Ordubad və Babək rayonlarının ərazisində cəmləşib.
05:48
Speaker A
Təkcə Şahbuz rayonunun Badamlı qəsəbəsində irili-xırdalı 20-dən çox mineral su mənbəyi mövcuddur.
06:45
Speaker A
Ölkə-ölkə, şəhər-şəhər gəzib Naxçıvanımızın adını dillər əzbəri edən təbii və mineral sularımızdan biri də Badamlı suyudur.
07:10
Speaker C
Bugünkü gün istifadə olunan beş nömrəli Badamlı su bulağı.
07:24
Speaker C
Bu bulağın sutkalıq debeti, yəni ordan axan bir sutkada suyun həcmi 912 min litrdir. Məsələn, burda digər bulaqlar var, o tərəfdə dərədə çölmək kimi daşın içərisindən qalxan bulaq var, iki nömrəli.
08:34
Speaker C
Onun suyu
08:35
Speaker B
Badamlı suyu Badamlı kəndinin 3 kilometrliyində 1700 metr məsafədə hündürlükdə yerləşir.
08:56
Speaker B
Bu suyun suyu ilk dəfə 50-ci illərdə gəlib rus balneoloqu Qavrilov gəlib yerində öyrənmiş,
09:05
Speaker B
Badamlının təbiətin möcüzəsi adlandırmışdır.
09:08
Speaker A
Ötən əsrin 40-cı illərində burda kiçik müəssisə yaradılaraq ilk dəfə Badamlı suyunun istehsalına başlanılıb. Bu şəfqətli suyun sorağına gələnlər müəssisədə çalışaraq eyni zamanda iş yerlərinə yaxın olsun deyə ərazidə özlərinə evlər də tikməyə başlamışlar.
10:22
Speaker A
Müəssisənin fəaliyyəti genişləndikcə burda yaşayanların da sayı artmış, məskunlaşan insanlar həmin evləri genişləndirmiş, bağ-bağat salmışlar.
10:24
Speaker C
47-48-ci illərdə ustalar üsulu ilə kiçik bir balaca sex vasitəsilə burda mineral mənbəyinin yanında balaca sex binası düzəldiblər, çox kiçik.
10:45
Speaker C
Çox kiçik olubdur. Sizə inandırım ki, gündə bəlkə 50 butulka, 60 butulka belə su istehsal olunubdur.
10:57
Speaker C
O üsulla satışa çıxarılıb. Qısa müddət ərzində Badamlı suyu özünün texniki göstəricilərinə görə, keyfiyyətinə görə, gözəlliyinə görə, əhəmiyyətinə görə, effektivliyinə görə qısa müddət ərzində şöhrət qazanıb.
12:20
Speaker A
Qeyd etmək lazımdır ki, Sirab və Badamlı mineral suyunun doldurulması zavodları ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə Muxtar Respublikanın möhtəşəm inkişaf mənzərəsinin nümunələrindəndir.
13:50
Speaker A
Bu bir faktdır ki, ötən əsrin 80-ci illərində Badamlı, Sirab, Vayxır, Nəhəcir, Gülüstan mineral suları ölkəmizin tələbatını ödəməklə yanaşı, bu məhsulların 60 faizi yaxın, uzaq ölkələrə ixrac edilirdi.
13:51
Speaker C
Mən burda işlədiyim deyirəm, şəxsən özüm öz əllərimlə İndoneziyanın Cakarta şəhərində beynəlxalq yarmarkaya bu sulardan göndərmişəm.
14:02
Speaker C
Həm bu suyu, həm də Sirab suyunu göndərmişəm.
14:02
Speaker C
Ondan sonra Suriyanın Şam şəhərində, Dəməşq şəhərində, orda keçirilən yarmarkada göndərmişəm. Misirdə Qahirə şəhərində keçirilən yarmarkada bu sulardan nümunə göndərmişəm, eksponatlar.
15:11
Speaker C
Orda hamısı bizim sular özünə layiqli yerlər tutublar.
15:16
Speaker A
1988-1990-cı illərdən başlayaraq ermənilərin ölkəmizə qarşı əsassız ərazi iddiaları, Naxçıvanın blokadaya salınması Muxtar Respublikamızın iqtisadiyyatına ağır zərbə vurdu.
15:56
Speaker A
Elektrik enerjisinin, təbii qazın kəsilməsi, Naxçıvanı ölkəmizin əsas ərazisi ilə birləşdirən quru yolunun olmaması onlarla fabrik-zavodların, istehsal müəssisələrinin fəaliyyətlərinin dayandırılması ilə nəticələndi.
16:37
Speaker A
Təbii ki, sadaladığım məsələlər Badamlı suyunun istehsalına da təsirsiz ötüşmədi. Lakin qısa bir müddətdən sonra Badamlı mineral suyunun şöhrəti özünə qaytarıldı.
16:55
Speaker A
2009-cu ildə Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən Badamlı mineral sular zavodu istifadəyə verildi.
17:19
Speaker D
Sanitar cəhətdən uyğun, insan əli dəymədən suyun qablaşdırılması həyata keçirilir.
17:34
Speaker D
Hal-hazırda şüşə və plastik butulkalarda dolum həyata keçirilir. Şüşə butulkalarda 600 ml-lik və 300 ml-lik, plastik butulkalarda isə 1,5 litr, 1 litr və 500 ml-lik qablaşdırmalar var.
18:25
Speaker D
Naxçıvan Muxtar Respublikasında, ölkəmizin paytaxtı Bakı şəhərində və Azərbaycanın digər rayonlarında satışımız yüksək səviyyədə həyata keçirilir.
18:33
Speaker D
Bununla yanaşı Rusiya Federasiyasına, Birləşmiş Ərəb Əmirliklərinə, İraq Respublikasına, Sinqapur Respublikasına ixraclarımız davam edir.
18:44
Speaker D
Yaxın günlərdə Qazaxıstan Respublikasına satışımız başlayacaqdır.
18:53
Speaker A
Elə Badamlı mineral suyuna tələbatın artmasının nəticəsidir ki, hazırda Şahbuz rayonunun Badamlı qəsəbəsində ümumi sahəsi 10 min kvadrat metrdən artıq olan yeni zavod inşa edilir.
19:05
Speaker A
Zavod xammal anbarı, istehsal sahəsi və hazır məhsul anbarından ibarət olacaq. Burda əsas tikinti işləri başa çatdırılıb, Fransa istehsalı olan avadanlıqlar alınıb gətirilib.
20:11
Speaker A
Müəssisədə qazlı və qazsız olmaqla müxtəlif ölçülü qablaşdırmada Badamlı suyu istehsal ediləcək.
20:19
Speaker D
Təqribən 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində yeni zavodda istehsala başlamağı planlaşdırırıq.
20:27
Speaker D
Yeni zavodda burdan fərqli olaraq üç xətt olacaq, istehsal xətti olacaq.
20:38
Speaker D
Bunlardan biri şüşə xətti, ikisi isə plastik qablaşdırma xətləri olacaq.
20:47
Speaker D
Plastik qablaşmada yeni qısa boğaz butulkada istehsalımız başlayacaq.
20:56
Speaker D
Yeni zavodun istehsal potensialı hazırkı zavoddan təqribən üç qata yaxın daha yüksək olacaq. Bu da istər-istəməz bizə satışda, ixracda ciddi mənada köməklik göstərəcək.
21:37
Speaker A
Bəli, yaxın gələcəkdə istifadəyə veriləcək yeni Badamlı mineral sular zavodunun fəaliyyəti ilə bu möcüzəli suyun şöhrəti, sözsüz ki, dünyanın daha neçə-neçə ölkəsinə yayılacaq.
21:49
Speaker C
Çox gözəl zavoddur, həddən ziyadə gözəldir. Deyərəm ki, beynəlxalq tələbatlara cavab verə biləcək bir zavoddur.
22:02
Speaker C
Belə bir zavodun istehsal etdiyi məhsul bu labüddür ki, çox gözəl olacaqdır, çünki belə bir zavodda mineral suyun istehsalı əl dəymədən aparılacaqdır.
22:26
Speaker C
Ora heç bir kənar vasitə daxil olmayacaqdır.
22:27
Speaker C
Ona görə də bu suyun keyfiyyəti daha yüksək olacaq, alıcıları daha çox olacaq.
22:35
Speaker C
Və alıcıları
23:33
Speaker E
Yeni xidmət mərkəzinin tikilməsi, yeni Badamlı sular mineral zavodunun tikilməsi, həmçinin də yolumuzun yenidən bərpa olunması onu göstərir ki, inşallah gələcək zamanda Badamlı qəsəbəsinin əvvəlki şöhrəti, yəni Badamlı sularının əvvəlki şöhrəti öz necə deyərlər, qiymətini, dəyərini alacaqdır.
23:53
Speaker E
Buna görə də biz Badamlı qəsəbə sakini olaraq dövlətimizə bizim Badamlı qəsəbəyə yaratdığı, yəni göstərdiyi bu diqqətə, qayğıya görə öz minnətdarlığımızı bildiririk.
23:59
Speaker A
Şahbuz ərazisində olan məşhur su mənbələrindən biri də Çınqıllı bulağının suyudur.
24:12
Speaker A
Rayonun Keçili kəndində yerləşən bu məşhur su nəinki Naxçıvan ərazisində, hətta ölkəmizdə məşhurdur. Aparılan analizlərin nəticələrinə görə Çınqıllı suyundakı mikroelementlər və minerallar həzmə çox müsbət təsir edir.
25:07
Speaker A
Suyun yüngüllüyü, codluğunun azlığı orqanizm tərəfindən yaxşı mənimsənilməsinə səbəb olur və ümumi metabolizmə, fiziki-kimyəvi proseslərə yüksək təsir göstərir.
25:08
Speaker F
Alagöz, Ordubad, İlanlı dağ, Batabat meşəsi Naxçıvandadır.
25:22
Speaker F
Bizim Durnagözlü qızlar bulağı, Çınqıllı çeşməsi Naxçıvandadır və Çınqıllı çeşməsi həm Keçili kəndinin, həm də Şahbuz rayonunun rəmzi olan bir sudur.
25:39
Speaker F
Çınqıllı bulağı o qədər əhəmiyyətlidir ki, o həm müalicəvi əhəmiyyəti var, həm də süfrə suyudur, təbii mineral su.
25:39
Speaker F
Və bu su uzun illərdir ki, Keçili kəndindən axıb gedir, çağlayır və kənd camaatı bunun xeyrindən istifadə edir.
25:46
Speaker A
Qeyd edək ki, artıq 10 ildir kənddə Çınqıllı bulaq məhdud məsuliyyətli cəmiyyətinin bulaq suyu istehsalı zavodunda müalicəvi əhəmiyyətə malik eyniadlı təbii bulaq suyu istehsal edilir.
25:56
Speaker A
Çınqıllı suyu 3 kilometrlik məsafədən zavoda gətirilir. Zavodda quraşdırılan müasir avadanlıqlar vasitəsilə 0,5, 1, 5 və 20 litrlik qablarda qazsız Çınqıllı suyu istehsal olunur.
26:49
Speaker A
Muxtar Respublikanın daxili bazarından başqa məhsullar Bakı şəhəri və ölkənin digər bölgələrinə də ixrac olunur.
26:56
Speaker A
Ümumiyyətlə, istehsal olunan suyun 80 faizdən çoxu Muxtar Respublikadan kənara göndərilir. Yaxın zamanda burda Çin Xalq Respublikasından gətirilən daha müasir avadanlıqlar quraşdırılacaq və zavod fəaliyyətini genişləndirəcək.
27:13
Speaker A
Eyni zamanda təbii bulaq suyunun xarici ölkələrə ixracı da planlaşdırılır.
27:32
Speaker A
Muxtar Respublikamızda mineral və müalicəvi suların daha geniş yayıldığı rayon isə Culfa rayonudur. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin təbii ehtiyatlar institutunun hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri,
28:24
Speaker B
kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova qeyd edir ki, Culfa ərazisində ümumilikdə 80-dən çox bu tipli su mənbəyi qeydə alınmışdır.
28:38
Speaker B
Bunların içərisində həm aşağı temperaturlu, həm yuxarı temperaturlu sular mövcuddur. Yuxarı temperaturlu sular əsasən Darıdağ, Darıdağ sularına aiddir.
29:02
Speaker B
Bu ümumiyyətlə Naxçıvan Muxtar Respublikasındakı sular
29:07
Speaker B
soyuq mineral sular növünə aiddir. Bu 9 dərəcə ilə 27 dərəcə arasında onların temperaturu dəyişir.
29:15
Speaker B
Amma Darıdağ suyunun temperaturu 53 dərəcəyə qədər çıxa bilir.
30:12
Speaker A
Culfa rayonunu istər ölkəmizdə, istərsə də bütün dünyada məşhurlaşdıran isə Darıdağ müalicəvi suyudur.
30:20
Speaker A
Tarixi eramızdan əvvələ qədər gedib çıxan Darıdağ müalicəvi suyu əsrlərdən bəri müalicə məqsədilə istifadə olunur.
30:41
Speaker A
32 kəşfiyyat quyusundan və beş bulaqdan ibarət olan bu arsenli su bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir.
30:41
Speaker A
İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun iş qabiliyyətinin bərpasına səbəb olmasın.
30:41
Speaker A
Təsadüfi deyil ki, bu gün Darıdağ arsenli su müalicəxanası istər yerli, istərsə də əcnəbi qonaqların ən çox üst tutduğu şəfa ocağıdır.
30:52
Speaker G
Gəlirik gözəl Darıdağ müalicəvi, şəfaverici məkana. Burda müalicəmizi alırıq. Çox gözəl şəkildə də bizi burda qarşılayırlar. Hamımız da razıyıq. Mən özümün çox gözəl, hətta mənlə gələn yoldaşlarla da əlaqə saxlayıram.
31:47
Speaker G
Buranın müalicəvi əhəmiyyətini, şəfaverici əhəmiyyətini biz öz üzərimizdən hiss elədik. Mən hətta 14 kilo çəki vermişəm.
32:05
Speaker G
Oynaqdır, artritdir, sinirdir, əsəb xəstəliklərinə çox gözəl köməklik göstərir. Arzu edirəm ki, bura gələnlərin hamısı öz şəfasını tapsın.
32:19
Speaker G
Qalan olan xəstələrə müraciət eləyirəm ki, mütləq öz torpağımızdır, vətənimizdir, qədrini bilək, çox gözəl əhəmiyyəti var.
32:19
Speaker H
Darıdağ termal suyunun müalicə əhəmiyyətinə görə bu gün dünyada, yəni elm adamları tərəfindən tam dəqiq təyin olunmuş ölçülərə görə,
32:34
Speaker H
deməli, analoqu olmayan bir sular sırasındadır. Niyə suyun tərkibində 15 kimyəvi element olduğuna görə o elementlər ki, orqanizmdə fəsadlar yaranmış orqanlara, dayaq-hərəkət aparatına, əzələ sinirlərinə və digər deformasiyalarda müsbət təsir göstərdiyinə görə Darıdağ termal suyu dünyada əvəzedilməz sular sırasındadır.
33:37
Speaker H
Bu səbəbdən də bura gələn xəstələrin günü-gündən sayı artır. Təkcə yerli əhali yox, Azərbaycan vətəndaşlarından xaric digər ölkələrdən də üst tutan xəstələrin sayı günü-gündən artmaqdadır.
33:54
Speaker A
Darıdağ arsenli suyunun müalicə imkanlarından daha geniş, daha səmərəli istifadə olunması üçün cari ilin mart ayından etibarən suyun mənbəyinin yaxınlığında Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunur.
34:12
Speaker A
Kompleksin ərazisində beş mərtəbədən ibarət əsas korpusda otel və xidmət sahələri yaradılaraq qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait yaradılacaq.
35:13
Speaker A
Hazırda tikinti işləri sürətlə davam edən otel binasının üçüncü mərtəbəsində qəlib beton işləri görülür.
35:16
Speaker H
Bu gün bu tikilinin, bu sanatoriya korpusunun tikilməsi Naxçıvan Muxtar Respublikasından gələn turistlərin sayını birə 100 artıracaq.
35:34
Speaker H
Niyə şəraitin olmamasından xəstələr xarici ölkələrdən gələn xəstələr, turistlər bu şəraitin yoxluğunu görüb, yəni reklam eləməmişdi, gəlməmişdi.
35:49
Speaker H
Yəni bunun istirahət yeri, yataq yeri olmadığını.
35:49
Speaker H
Ancaq inşallah yaxın gələcəkdə bu tikili,
35:53
Speaker A
Culfa rayonunda Darıdağ adlı daha bir məşhur su da mövcuddur. Bu su Darıdağ arsenli suyundan fərqli olaraq içmək üçün yararlı mineral sudur. Rayonun Gülüstan kəndində yerləşən Darıdağ mineral su mənbəyi 1962-ci ildə tapılıb və hazırda dərinliyi 135 metr olan quyudan çıxır.
36:49
Speaker A
Qeyd edək ki, Prestij Naxçıvan pivəsi məhdud məsuliyyətli cəmiyyətinin Gülüstan kəndində yerləşən mineral sular sexində 2017-ci ildən bu təbii mineral və müalicəvi süfrə suyunun Darıdağ əmtəə nişanı ilə qablaşdırılaraq istehsalına başlanılıb.
37:04
Speaker A
Qısa müddətdə sifarişçilərin rəğbətini qazanan Darıdağ markası 0,5 və 1 litr tutumlu plastik və 0,5 litrlik şüşə qablarda istehsal olunur.
37:29
Speaker A
İysiz, şəffaf və çöküntüsüz olan bu suyun tərkibində müalicə əhəmiyyətli bioloji aktiv mikrokomponent olan silisium turşusu və karbon qazı aşkar edilib.
37:39
Speaker A
Mütəxəssislərin fikrinə görə bu suyun tərkibindəki mikroelementlər insan orqanizmi üçün çox faydalıdır. Qeyd edək ki, bu mineral və müalicəvi əhəmiyyətli su ölkəmizin digər bölgələrinə də ixrac olunur.
38:30
Speaker A
Azərbaycanın incisi adlandırılan Ordubad rayonunda da kifayət qədər müalicəvi su mənbələri var. Biləv, Ələhi, Nəsirvaz, Parağa, Kilit, Kotam, Pəzməri kəndlərindəki sular da daxil olmaqla ümumilikdə rayonda 29 bulaq qeydə alınıb.
38:56
Speaker B
Ordubad rayonundakı sular hədsiz dərəcədə aşağı minerallı sulardır.
39:04
Speaker B
O suların tərkibi daha, deməli, içmək üçün daha yararlıdır.
39:15
Speaker B
Saf sular hesab olunur.
40:26
Speaker A
Xüsusilə rayonun Tivi kəndi şəfalı bulaqları,
40:32
Speaker A
əsrarəngiz təbiəti ilə dillər əzbəridir.
40:38
Speaker A
Və bu kənddə çoxsaylı mineral bulaqlar aşkar edilib.
40:41
Speaker A
Tivi yüksək dağlıq ərazidə yerləşsə də, burda su boldur.
40:53
Speaker A
Kənddəki mineral bulaqlardan birindən Narzan tipli su süzülüb gəlir.
40:59
Speaker A
El arasında Narzan bulağı adlandırılan zəif minerallaşan karbon qazlı bu sudan daxili xəstəliklərin müalicəsində içmək əhəmiyyətlidir.
41:44
Speaker I
Əsasən elə bu kəndin tanınmasında bu bulağın bizə çox böyük üstünlüklər gətiribdir.
41:59
Speaker I
Bu bulaq həm təcrübət sahəsində, əkin sahələrinin suvarılmasında, həyətlərin suvarılmasında, xüsusən də bunu o qida kimi içilməsində daha böyük üstünlükləri var.
42:23
Speaker I
Belə ki, bu su nə qədər yemək yeyirsən ye, demək bu sudan əgər bu yeməyin üstündən qəbul edirsənsə, heç yarım saatdan sonra heç elə bilirsən ki, heç yemək yeməmisən.
42:39
Speaker I
Ən böyük üstünlüklərindən biri odur.
42:42
Speaker I
Çox saf, təmiz,
42:45
Speaker B
və həm də bir də yüngül sudur.
42:45
Speaker I
Yəni o baxımdan yüngüldür, yəni insan orqanizminə daxil olandan sonra insan özünü
42:50
Speaker B
çox gümrah hiss eləyir.
42:50
Speaker I
Və təkcə bu kənd Narzan bulağı ilə deyil.
42:50
Speaker I
Bu kəndin demək olar ki, Naxçıvan Muxtar Respublikasının ən çox bulağı olan kəndlərimizdən biri də bu kənddir.
42:50
Speaker I
Aparılan tədqiqatlar bunu təsdiq edir.
42:50
Speaker I
Mən təkcə elə özümün bildiklərimi mən demirəm.
42:50
Speaker I
Və bu bulaqların əksəriyyəti müalicə əhəmiyyətli saf sulardır.
42:50
Speaker B
Tivi mineral suyunda demək olar ki, sulfat ionları yoxdur.
42:50
Speaker B
Xlorid ionları üstünlük təşkil eləyir.
42:50
Speaker B
Hidrokarbonatlı, natriumlu, kalsiumlu sular qrupuna aiddir.
42:50
Speaker B
Bu da Narzan tipli suların analoqudur.
47:11
Speaker A
Göründüyü kimi təbiət öz lütfünü doğma yurdumuzdan əsirgəməyib.
47:27
Speaker A
Ulu yaradanın Naxçıvanımıza bəxş etdiyi bu təbii nemətlər Muxtar Respublikamızın əsl sərvətidir.
47:39
Speaker A
Həkimlərin süni dərmanlarından ibarət reseptini bir kənara qoyaraq yerin 100 metrlərlə dərinliyindən çağlayan mineral və müalicəvi sularımızla bir çox xəstəliklərə əlvida demək olar.
48:39
Speaker A
Buradakı bənzərsiz sular haqqında eşidib, onun təbii mənbəyini görmək,

Get More with the Söz AI App

Transcribe recordings, audio files, and YouTube videos — with AI summaries, speaker detection, and unlimited transcriptions.

Or transcribe another YouTube video here →